Azərbaycan İsveçrədə keçirilən beynəlxalq telekommunikasiya və İKT forumunda iştirak edir

Azərbaycan İsveçrədə keçirilən beynəlxalq telekommunikasiya və İKT forumunda iştirak edir
# 14 may 2013 12:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Cenevrədə (İsveçrə) Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə V Telekommunikasiya/İKT Siyasəti Beynəlxalq Forumu işə başlayıb.

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, forum iştirakçıları 3 gün ərzində internetlə bağlı beynəlxalq dövlət siyasəti, o cümlədən trafik mübadiləsi məntəqələrinin yaradılmasının stimullaşdırılması, daha fəal artım və genişzolaqlı birləşmələrin inkişafı üçün əlverişli mühitin təmin edilməsi, IPv6 protokolunun təşəkkülü və başqa məsələləri nəzərdən keçirəcəklər.

Forum İKT sahəsində hazırda sürətli dəyişikliklərin baş verməsi nəticəsində əmələ gələn siyasətin əsas məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün beynəlxalq səviyyəli tədbirdir. Tədbirdə müzakirələrin təşviqi, eləcə də hazırda ümumi qlobal siyasi baxışları, dünyada İKT-nin tənzimlənməsi və standartlaşdırılması üzrə səyləri əks etdirən konsensusun hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR