Gülağa Aslanlı: “İsa Qəmbərin başqanlıq məsələsində Nizamnaməyə uyğun hərəkət edəcəyinə inanıram”

Gülağa Aslanlı: “İsa Qəmbərin başqanlıq məsələsində Nizamnaməyə uyğun hərəkət edəcəyinə inanıram”
# 07 noyabr 2013 12:08 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

G. Aslanlı Müsavat Partiyası Nizamnaməsinə əməl edilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Müsavat Partiyasının başqanı İsa Qəmbərin Nizamnamənin tələbinə uyğun olaraq başqanlıqdan getməsi partiyanın zəifləməsinə gətirib çıxarmayacaq: “Çünki Müsavat 100 ilin partiyasıdır, təşkilat kifayət qədər təşkilatlanıb və güclənib. Mən İsa Qəmbərin Nizamnaməyə uyğun hərəkət edəcəyinə, Nizamnaməni əsas tutacağını qəbul edirəm və buna inanıram. Eyni zamanda İsa Qəmbər partiyadan deyil, başqanlıqdan gedəcək. Hesab edirəm ki, bəzi funksionerlərin dediyi kimi, bu hadisə partiyadan qopmalara səbəb ola bilməz. Təbii ki, yeni başqan seçimləri ilə əlaqədar rəqabət dövründə müəyyən çətinliklər yarana bilər. Bu təbii haldır. Məncə, bu rəqabət və çətinlik seçkinin son nəticəsinə qədər olacaq. Bundan sonra isə müsavatçılar yenə də birlikdə partiyanın irəli getməsi üçün səy göstərəcəklər”.

G. Aslanlı Müsavat başqanlığına namizəd olub-olmayacağına da münasibət bildirib: “Hələlik qurultayın vaxtı məlum olmadığına görə, bu barədə fikir bildirmək istəmirəm. Hər şey aydın olandan sonra, mən də mövqeyimi bildirəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR