Azərbaycanın Omandakı səfiri etimadnaməsini sultana təqdim edib

Azərbaycanın Omandakı səfiri etimadnaməsini sultana təqdim edib
# 24 aprel 2014 16:17 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri Rasim Rzayev etimadnaməsini Oman Sultanı Qabus bin Səyidə təqdim edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Rzayev Azərbaycan prezidentinin salamlarını və xoş arzularını sultana çatdıraraq Oman xalqına tərəqqi və çiçəklənmə arzu edib. O, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.

Qabus bin Səyid isə Azərbaycan prezidenti İlham Əliyevə ən səmimi salamlarının və xoş arzularının çatdırılmasını xahiş edərək iki ölkə arasındakı əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını söyləyib. Sultan səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və onun diplomatik fəaliyyəti dövründə Azərbaycan və Oman arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR