AŞPA nümayəndəsi: "Gürcüstanda keçirilən prezident seçkiləri Cənubi Qafqaz üçün böyük nailiyyətdir"

AŞPA nümayəndəsi: "Gürcüstanda keçirilən prezident seçkiləri Cənubi Qafqaz üçün böyük nailiyyətdir"
# 29 oktyabr 2013 00:30 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstanda keçirilən prezident seçkiləri nəinki ölkə üçün, eyni zamanda bütün Cənubi Qafqaz üçün böyük nailiyyətdir.” APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi Maritselo Mateo müşahidəçi missiyasının Tiflisdə keçirdiyi mətbuat konfransında deyib.

“Avropa Şurası Parlament Assambleyası Gürcüstandakı seçkiləri 1995-ci ildən müşahidə edir. İndi biz müşahidəçi kimi ölkədə gedən real tərəqqinin şahidiyik. Həmkarlarımızla həm Tiflisdə, həm də Batumi, Qori və Kutaisi şəhərlərindəki seçki məntəqələrində olduq və eyni zamanda milli azlıqlar yaşayan yerlərdə müşahidə apardıq, seçkilərin sakit şəraitdə keçdiyini gördük. Bizim birgə bəyanatımız dünən baş tutan seçkilərin real təzahürüdür”, - deyə Maritselo Mateo vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR