DEPA-nın özəlləşdirilməsi ilə bağlı müsabiqə mayın sonunadək təxirə salınıb

DEPA-nın özəlləşdirilməsi ilə bağlı müsabiqə mayın sonunadək təxirə salınıb
# 10 may 2013 06:46 (UTC +04:00)

«APA-Economics»in «RİA-Novosti»yə istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstan Özəlləşdirmə Agentliyinin nümayəndəsi xanım Mariya Sinaridu bildirib.

İlkin olaraq, DEPA-nın və qazpaylayıcı şəbəkənin operatoru olan DESFA-nın özəlləşdirilməsində iştirak edən 5 investor tərəfindən təqdim olunan təkliflər zərflərinin açılma prosedurasının mayın 10-da keçirilməsi planlaşdırılırdı.

«Müsabiqə təxminən iki həftədən sonra – mayın son günlərində keçiriləcək», - deyə M.Sinaridu bildirib.

Qeyd edək ki, DEPA və DESFA-nın özəlləşdirilməsi müsabiqəsində Rusiyanın «Sintez» qrupundan olan «Qazprom» və «Nequsneft» şirkətləri, iki Yunanıstan konsorsiumu və Azərbaycan Dövlət Neft Şirkəti iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR