Azərbaycanda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb - FOTOSESSİYA - VİDEO

Azərbaycanda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 iyun 2014 11:16 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yol qəzası Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qabil Qasımovun idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil hərəkətdə olarkən aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan iki sərnişin - 1945-ci il təvəllüdlü Abgül Qasımov və 47 yaşlı Faiq Qasımov ölüb. Digər sərnişin, 1963-cü il təvəllüdlü İlkin Qasımov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR