Azərbaycanda oğurluğa cəhddə təqsirləndirilən Çin vətəndaşlarının məhkəməsi başlayıb

Azərbaycanda oğurluğa cəhddə təqsirləndirilən Çin vətəndaşlarının məhkəməsi başlayıb
# 18 aprel 2014 14:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa cəhddə təqsirləndirilən Çin vətəndaşları Hang Yunguan, Zung Huylung, Xu Zhinkg, Jan Xuylinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29.177-ci (oğurluğa cəhd) maddəsinə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR