Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Ramazan çadırı” qurulub - FOTOSESSİYA

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Ramazan çadırı” qurulub - <span style="color: red;">FOTOSESSİYA
# 03 iyul 2014 09:29 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, şəhərin “Poklonnaya qora” adlanan hissəsində yerləşən “Memorial” məscidin həyətində təşkil olunan iftar süfrəsində Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiyada akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Çadırın girişində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətini əks etdirən fotosərgi təşkil olunub. Ramazan çadırına gələn qonaqlara “Baku”, “AMOR” jurnalları və Fondun nəşrləri paylanıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Aqşin Əliyev səfir Polad Bülbüloğlunun salamlarını qonaqlara çatdırıb. O, 1993-cü ildən Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunduğunu söyləyib.

Daha sonra çıxış edən Rusiyanın Müftilər Şurasının sədr müavini Şamil Həzrət Alyautdinov Rusiyada yaşayan bütün müsəlmanları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edərək tədbirin təşkilatçılığına görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya təşəkkürünü bildirib.

700 nəfərdən çox qonağın iştirak etdiyi tədbirdə “Qurani-Kərim”dən surələr və iftar duası oxunub, qonqalara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR