“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı ADU tələbələrinə mühazirə oxuyub - FOTOSESSİYA

“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı ADU tələbələrinə mühazirə oxuyub - <span style="color: red;">FOTOSESSİYA
# 10 aprel 2014 13:53 (UTC +04:00)

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən xəbərə görə, adı çəkilən departamentin dəvəti ilə “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi və ADU-nun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Zeynab Kazımovanın Jurnalistika ixtisasının II kursunda təhsil alan tələbələrinə tədris etdiyi “Azərbaycanda informasiya agentlikləri” fənni üzrə dərsdə qonaq olan Vüsalə Mahirqızı tələbələr üçün mühazirə oxuyub.

Öncə tələbə Nərgiz Vəlizadə APA-nın fəaliyyəti haqda slayd təqdimatla çıxış edib. APA TV-nin xəbər aparıcısı Nəsimi Nəbizadənin də iştirak etdiyi dərsdə “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bazar münasibətlərinin formalaşması və özəl informasiya agentliklərinin inkişafı prosesindən danışıb. O, özəl informasiyanın dövlətin daxili və xarici siyasətində rolu, yeri və əhəmiyyətindən, bu agentliklərin beynəlxalq hüquqi statusundan söz açıb. V.Mahirqızı dünyanın aparıcı informasiya agentliklərinin işindən danışaraq, onların fəaliyyətinin Azərbaycan informasiya agentlikləri və müxtəlif ölkələrdə mövcud informasiya mühiti ilə müqayisəli təhlilini verib. Jurnalistlərin müvafiq sahələr üzrə ixtisaslaşmasının, peşəkarlığın artırılmasının vacibliyinə diqqət çəkən holdinq rəhbəri medianın qarşısında duran əsas vəzifələrdən, informasiya siyasətinin tənzimlənməsindən bəhs edib.

Əsasən yaradıcısı olduğu APA İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı tələbələrə məlumat verən V.Mahirqızı onun həm ölkə daxilində, həm də Qafqaz və Xəzəryanı regionda xəbər tədarükçüsü olduğunu diqqətə çatdırıb. O, “APA Holding”ə daxil olan “Lent.az” və “Vesti.az” xəbər portallarının, “Kulis.az” ədəbiyyat dərgisinin və APA TV-nin fəaliyyətindən, maraq göstərilən, ən çox oxunan mövzulardan və bunun səbəblərindən də söz açıb. V.Mahirqızı həmçinin jurnalist kadrların hazırlanmasında islahatların aparılmasının zəruriliyini vurğulayıb.

APA TV-nin xəbər aparıcısı Nəsimi Nəbizadə isə televiziya aparıcıları və ümumilikdə jurnalistlərin etik normaları haqda tələbələrə məlumat verərək, şəxsi TV təcrübəsindən danışıb. Uzun müddət TV sahəsində xəbər aparıcısı kimi çalışan N.Nəbizadə TV aparıcısının etik norma və prinsiplərinə toxunub, aparıcıların gözləməli olduqları peşə etikası prinsiplərini izah edib. O, tələbələrə “xəbər aparıcısı”nın riayət etməli olduğu qaydalardan bəhs edib. Efirdə nitq və davranış mədəniyyəti, istər idman proqramlarında, istərsə də, müxtəlif sahələr üzrə yayımlanan verilişlərdə aparıcıların efirdə istifadə etdiyi “fəndlər” haqda da söz açıb.

Sonda qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırıblar. Dərsdən sonra “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi və ADU-nun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Zeynab Kazımova qonaqlara tələbələr adından öz təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR