Venesuela Snoudenə sığınacaq verməyə hazır olduğunu bəyan edib

Venesuela Snoudenə sığınacaq verməyə hazır olduğunu bəyan edib
# 27 iyun 2013 02:55 (UTC +04:00)

Bakı-APA. Venesuela prezidenti Nikolas Maduro Edvard Snoudenin müraciət edəcəyi halda bu ölkədə sığınacaq alacağını bəyan edib.

«Formal olaraq heç kim bizə Snoudenə siyasi sığınacaq verilməsi ilə bağlı müraciət etməyib. Əgər bizdən belə bir xahiş etsəydilər, onda biz bu barədə fikirləşərdik və əminliklə demək istəyirəm ki, sığınacaq verərdik. Çünki sığınacaq beynəlxalq humanitar hüququn bir institutudur», deyə Maduro bildirib.

APA-nın məlumatına görə, Maduro həmçinin dünya ölkələrini Snoudeni müdafiəsiz qoymamağa çağırıb. «Əgər Snouden həbs olunsa, onda artıq heç kim həqiqəti deməyə cürət etməyəcək və imperializm elə imperializm olaraq qalacaq», deyə prezident əlavə edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin texniki mütəxəssisi Edvard Snouden məhkəmənin məxfi orderini yaymaqda günahlandırılır. Həmin orderə əsasən ABŞ-a «Verizon» iri mobil operatorunun bütün zənglərini izləmək hüququ verilir. Həmçinin Snouden ABŞ Milli Təhlükəsizlik agentliyinin məxfi PRISM proqramı barədə məlumatları yaymaqda ittiham edilir. Bu proqram böyük saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.

İyunun 23-də Honkonqdan Rusiyaya uçan Snouden hazırda Moskva hava limanındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR