Rusiya polisinə rüşvət təklif edən Azərbaycan vətəndaşı barəsində cinayət işi başlanıb - FOTO

Rusiya polisinə rüşvət təklif edən Azərbaycan vətəndaşı barəsində cinayət işi başlanıb - <span style="color: red;">FOTO
# 02 sentyabr 2013 07:39 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb. Məlumatda saxlanılan Azərbaycan vətəndaşının polisə iki qohumu barəsində inzibati protokol tətbiq edilməməsi üçün rüşvət təklif etdiyi bildirilib. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291.3-cü (vəzifəli şəxsə rüşvət vermə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Dolqoprudnıy rayonunda yerləşən meyvə-tərəvəz bazasında keçirilən əməliyyat zamanı polis Rusiya miqrasiya qanunvericiliyini pozan 600-ə yaxın xarici vətəndaşı saxlayıb. Bazanın ərazisində qeyri-leqal miqrantlar üçün yaşayış ərazisinin salındığı da məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR