Macarıstanın Şuşa şəhəri ilə qardaşlaşmış Döndöş şəhərinin meri Azərbaycanda səfərdədir

Macarıstanın Şuşa şəhəri ilə qardaşlaşmış Döndöş şəhərinin meri Azərbaycanda səfərdədir
# 01 noyabr 2013 12:50 (UTC +04:00)

Bakı-APA. Erməni işğalı altındakı Şuşa şəhəri ilə qardaşlaşmış Macarıstanın Döndöş şəhərinin nümayəndə heyəti ölkəmizdə səfərdədir. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, şəhərin meri Laslo Faraqonun rəhbərlik etdiyi heyətin tərkibinə yerli biznes nümayəndələri, mədəniyyət xadimləri və jurnalistlər daxildir. Beş günlük səfər müddətində onlar Şuşa şəhər İcra Hakimiyyətinin rəhbərliyi və əslən Şuşadan olan tanınmış adamlarla görüşəcək, Azərbaycanın müxtəlif guşələrinə səpələnmiş Şuşa qaçqınlarının həyatı və yaşayışı ilə tanış olacaqlar.

Qeyd edək ki, bu il mayın 9-da Şuşa ilə qardaşlaşma sazişi imzaladıqdan sonra Döndöş şəhərinin rəhbərliyi Macarıstandakı erməni icmasının güclü təzyiqi ilə üzləşib. Hazırda Döndöş şəhər muzeyində Şuşa daimi fəaliyyət göstərəcək Şuşa ekspozisiyasının yaradılması üzərində iş gedir. Eyni zamanda Şuşa qaçqınlarının Döndöş Aqrar Universitetində təhsil alma imkanları da nəzərdən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR