BMT: Filippində tayfun nəticəsində ölənlərin sayı 4460 nəfərə çatıb

BMT: Filippində tayfun nəticəsində ölənlərin sayı 4460 nəfərə çatıb
# 14 noyabr 2013 21:58 (UTC +04:00)

Bakı-APA. Filippin hökuməti “Hayan” tayfunu nəticəsində ölənlərin sayının 4460 nəfərə çatdığını bəyan edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak bildirib.

“Filippin hökumətindən aldığımız son məlumata görə, tayfun nəticəsində 12 milyon insan zərər çəkib, onlardan 920 min nəfəri məcburi köçkün olub. Hökumət həmçinin bildirir ki, təbii fəlakət nəticəsində 4460 insan həlak olub”, deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR