“Bank of Baku” xaricdə yay tətilinə hazırlaşanlar üçün kampaniya keçirir

“Bank of Baku” xaricdə yay tətilinə hazırlaşanlar üçün kampaniya keçirir
# 30 iyun 2014 09:44 (UTC +04:00)

Bakı. APA-Economics. “Bank of Baku” xaricdə yay tətilinə hazırlaşan “Bolkart MasterCard” sahibləri üçün sərfəli kampaniya elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iyulun 1-dən avqustun 31-dək xaricdə alış-veriş edən “Bolkart MasterCard” sahibləri ödənişlərini 3 ay sonra həyata keçirə bilərlər. Xarici ölkələrdə edilən əməliyyatlara görə, “Bolkart” sahibindən hər hansı faiz və ya komissiya tutulmur. “Bolkart MC” sahibləri kartlarındakı bütün məbləği sərf edə bilərlər.

Beləliklə, iyul ayında istənilən xarici ölkədə “Bolkart”la alış-veriş edən şəxs, onun dəyərini oktyabrda ödəməyə başlayacaq. Avqustda alış-veriş edənlər isə müvafiq olaraq noyabr ayında ödəniş edəcəklər.

Qeyd edək ki, “Bolkart MasterCard” ilə bu ödəmə sisteminin fəaliyyət göstərdiyi bütün ölkələrdə rahat və təhlükəsiz alış-veriş etmək olar. Artıq minlərlə “Bolkart MC” sahibləri bu imkandan bəhrələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR