Milli preventiv qrup sosial müəssisələrə başçəkmə həyata keçirib

Milli preventiv qrup sosial müəssisələrə başçəkmə həyata keçirib
# 26 fevral 2014 10:42 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Buzovna qəsəbəsindəki 9 saylı İxtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar üçün internat evinə, Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionata və Mərdəkan qəsəbəsindəki Müalicə pansionatına başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisələrdə olan şəxslərə qarşı rəftar, saxlanma şəraiti və qidalanma məsələlərinin araşdırılması olub.

MPQ-nin üzvləri hər üç müəssisənin bütün obyektlərinə baş çəkib, oranın sakinləri ilə görüşüblər. 9 saylı İxtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar üçün internat evi, həmçinin müharibə və əmək əlilləri üçün pansionata başçəkmənin nəticəsi olaraq rəftar və şərait qənaətbəxş qiymətləndirilib.

Müharibə və əmək əlilləri üçün pansionatda sakinlər burada istifadəyə verilmiş yeni yaşayış binalarının şəraitindən və son aylarda aparılmış islahatlarla bağlı razılıqlarını bildiriblər.

Müvəkkil müalicə pansionatında aşkar edilmiş bəzi nöqsanlarla əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Müharibə və əmək əlilləri üçün pansionatın təbii qazla təmin olunması üçün isə aidiyyəti quruma müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR