Göygöl və Qazax rayonları polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr həyata keçirilib

Göygöl və Qazax rayonları polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr həyata keçirilib
# 12 may 2014 13:27 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Göygöl və Qazax rayonları polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama yerlərinə (MSY) başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar və əvvəlki başçəkmələr zamanı verilən tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.

Adı çəkilən MSY-lərin standartlara cavab verdiyi müəyyən edilib, başçəkmə zamanı Göygöl RPŞ-nin MSY-də saxlanılan şəxs olmayıb.

Qazax RPŞ-nin MSY-də saxlanılan şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı şikayət etməyiblər. Onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçirilib, nöqsan aşkar edilməyib.

Həmin müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR