Göyçayda müəmmalı partlayış baş verib, iki qardaşdan biri ölüb, digəri yaralanıb - VİDEO

Göyçayda müəmmalı partlayış baş verib, iki qardaşdan biri ölüb, digəri yaralanıb - <span style="color: red;">VİDEO
# 24 noyabr 2013 18:53 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 24-də Göyçay şəhərinin Heydər Əliyev prospektinin kənarındakı kol-koslu boş sahədə qeydə alınıb.

Altı nəfər fəhlə ərazidə təmizlik işləri aparan zaman topladıqları kol-kosu yandırıblar. Ocaq yerində qəflətən baş verən partlayış zamanı rayonun Şəkər kənd sakini, 1987-ci il təvəllüdlü Abdullayev Ağali Aydın oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Onun qardaşı, 1977-ci il təvəllüdlü Abdullayev Yasər Aydın oğlu qarının sol yan divarının və sağ bazunun aşağı hissəsinin deşilmiş yarası diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Rentgen müayinəsi zamanı Yasər Abdullayevin bədənindən 3 ədəd metal yad cisim aşkar edilib. Yaralı dərhal əməliyyat olunub, hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər. Ərazidə partlayışa səbəb olan maddə hələ ki müəyyənləşməyib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR