Türkiyə yığması rəqibini darmadağın edib

Türkiyə yığması rəqibini darmadağın edib
# 07 sentyabr 2013 03:25 (UTC +04:00)

Bakı-APA. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, millimizin yer aldığı F qrupu ilə yanaşı, digər qruplarda da azarkeşlər maraqlı qarşılaşmaların şahidi olub.


Səfərdə Şimali İrlandiyanın qonağı olacaq qrup lideri Portuqaliya millisi bu oyunda 4:2 hesabı ilə qalib gələrək yerini möhkəmləndirib. Rusiya yığması isə doğma azarkeşləri önündə Lüksemburqu qəbul edib. Fabio Kapellonun yetirmələri rəqibi 4 qolla məğlub edərək xalını daha da artırıb.

Yeni baş məşqçisi Fatih Terimlə ilk matçına çıxan Türkiyə millisi evdə Andorranı qəbul edib. Dünya Kubokuna qatılmaq şansı çox az olan qardaş ölkə yığması bu oyunda 5 cavabsız qolla sevinib.

Fransa millisi isə İ qrupunda qonşu Gürcüstanın qonağı olub. Tiflisdə baş tutan oyunda qolsuz bərabərlik qeydə alınıb. Səfərdə Finlandiya ilə qarşılaşan son Avropa və dünya çempionu İspaniya isə rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Bakı vaxtı ilə saat 22:45-də səfərdə İsraillə qarşılaşacaq.





A qrupu
Makedoniya - Uels - 2:1
QOL: Triçovski, 21, Traykovski, 80 - Remzi, 39 (pen.)

Serbiya - Xorvatiya - 1:1
QOL: Nitroviç, 66 - M. Mandzukiç
Qırmızı vərəqə: N. Matiç, 75 (Serbiya)

Şotlandiya - Belçika - 0:2
QOL: Defur, 38, K. Mirallas, 89

B qrupu
Çexiya - Ermənistan - 1:2
QOL: Rosiçki, 70 - Mkrtçyan, 31, Qazaryan, 90

Malta - Danimarka - 1:2
QOL: Failla, 38, - Andreasen, 2, Eriksen, 52

İtaliya - Bolqarıstan - 1:0
QOL: Alberto, 38

C qrupu
Qazaxıstan - Farer adaları - 2:1
QOL: Jumaskaliev, 50(pen.), Finonçenko, 64 - Benjaminsen, 23

İrlandiya - İsveç - 1:2
QOL: R. Kin, 22 - Yohan Elmander, 33, Svensson, 57

Almaniya - Avstriya - 3:0
QOL: M. Kloze, 33, T. Kroos, 51, T. Müller, 88

D qrupu
Rumıniya - Macarıstan - 3:0
QOL: Marika, 2, Pintili, 31, Tanase, 88

Türkiyə - Andorra - 5:0
QOL: Umut Bulud, 35, 40, 68, Burak Yılmaz, 63, Arda Turan, 90

Estoniya - Hollandiya - 2:2
QOL: Vassilyev, 18, 57 - Robben, 2, Van Persi, 90
Qırmızı vərəqə: Piroja, 90 (Estoniya)

E qrupu
Norveç - Kipr - 2:0
QOL: Elyunussi, 43, Kinq, 66

İsveçrə - İslandiya - 4:4
QOL: Liçtsteyner, 15, 30, F. Şar, 27, Cemaili, 54 (pen.) - Qudmundsson, 3, 68, 90, Siqtorsson, 56

Sloveniya – Albaniya - 1:0
QOL: K. Kempl, 19

F qrupu
Rusiya - Lüksemburq - 4:1
QOL: Joaçim, 90 - Kokorin, 1, 36, Kerjakov, 60, A. Səmədov, 90

Şimali İrlandiya - Portuqaliya - 2:4
QOL: MakAuley, 36, Vard, 52 - B. Alveş, 21, Ronaldo, 68, 77, 83
Qırmızı vərəqə: Brunt, 61, Lafferti, 80 - Poştiqa, 43

G qrupu
Latviya - Litva - 2:1
QOL: Bulvitis, 20, Zjuzins, 42 - Panka, 44

Bosniya və Herseqovina - Slovakiya - 0:1
QOL: Pekovski, 77

Lixtenşteyn - Yunanıstan - 0:1
QOL: Mitroqlu, 72
Qırmızı vərəqə: David Hasler, 66 - Holebas, 59

H qrupu
Ukrayna - San Marino - 9:0
QOL: Deviç, 11, Seleznyov, 26, Edmar, 32, Xaçeridi, 45, 54, Konoplyanka, 50, Bezus, 63, Fedetskiy, 74, Rakitskiy

Polşa - Monteneqro - 1:1
QOL: Levandovski, 16 - Damyanoviç, 12

İngiltərə - Moldova - 4:0
QOL: Cerrard, 12, Lambert, 27, Velbek, 45, 51

İ qrupu
Gürcüstan - Fransa - 0:0

Finlandiya - İspaniya - 0:2
QOL: Alba, 19, Neqredo, 86

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR