Nazir: “Mobil operatorlarının ara bağlantılarında daha ucuz vahid tarif sistemi tətbiq olunacaq”

Nazir: “Mobil operatorlarının ara bağlantılarında daha ucuz vahid tarif sistemi tətbiq olunacaq”
# 24 may 2014 12:24 (UTC +04:00)

Bunu jurnalistlərə açıqlamasında Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, mobil tariflərin endirilməsi üçün danışıqlar davam etdirilir: “Hər üç operatorla apardığımız müzakirələrin nəticəsindən asılı olaraq, yaxın zamanlarda mobil operatorlar üçün ara bağlantı tariflərinə görə daha aşağı qiymətə vahid tarif sistemi tətbiq olunacaq”.

Ə. Abbasov qeyd edib ki, bu həm rəqabət mühitinə artırılmasına və qiymətlərin aşağı salınmasına gətirib çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR