Elmar Məmmədyarov Albaniyanın xarici işlər naziri ilə görüşüb - FOTO

Elmar Məmmədyarov Albaniyanın xarici işlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 11:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Albaniyanın xarici işlər naziri Avropa Birliyi ilə əməkdaşlıq və TAP layihəsinin həyata keçirilməsinin ölkəsinin yeni hökumətinin xarici siyasətinin önəmli istiqamətləri sırasına daxil olduğunu söyləyib.

TAP layihəsinin strateji əhəmiyyətindən danışan albaniyalı nazir bu layihənin yalnız Albaniya deyil, bütün region üçün əhəmiyyətli olduğunu vurğulayıb.

E. Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edərək xüsusilə enerji sahəsində əməkdaşlığın önəmini bildirib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR