Qərib Məmmədov: “Azərbaycanda ən yararlı torpaqlar Qarabağdadır”

Qərib Məmmədov: “Azərbaycanda ən yararlı torpaqlar Qarabağdadır”
# 11 aprel 2014 11:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanın ən yararlı torpaqları Qarabağdadır və bu da işğal olunmuş 11 rayonun ərazisidir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

O qeyd edib ki, bu torpaqların dəyəri 80-100 bal ilə ölçülür: “Amma fakt odur ki, bu gün işğal altındadır. Buna görə də ölkə əhalisinin sayının artımı, ərazinin bir hissəsinin işğal olunması və artan əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin olunması ərzaq təhlükəsizliyini vacib və aktual məsələyə çevirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR