Ermənistan Rusiya istehsalı olan rabitə sistemlərini tam olaraq NATO standartlarına uyğun vasitələrlə əvəz etməyi planlaşdırır

Ermənistan Rusiya istehsalı olan rabitə sistemlərini tam olaraq NATO standartlarına uyğun vasitələrlə əvəz etməyi planlaşdırır
# 11 sentyabr 2013 09:18 (UTC +04:00)

APA-nın məlumatına görə, hazırda bununla bağlı tərəflər arasında danışıqlar davam etdirilir.

Danışıqlar Ermənistan Silahlı Qüvvələrinin rabitə sisteminin təkmilləşdirilməsi proqramı çərçivəsində aparılır. THALES şirkətinin nümayəndələrinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin istifadəsindəki Rusiya istehsalı olan rabitə sistemlərini tam olaraq NATO standartlarına uyğun və təkmil rabitə vasitələri ilə əvəz etməyi planlaşdırır.

Ermənistan Müdafiə Nazirliyi eyni zamanda THALES şirkəti ilə döyüş idarəetmə sistemləri ilə bağlı da müzakirələr aparır.

İndiyədək Ermənistan THALES şirkətindən aeroportların uçuş nəzarət sistemləri, həmçinin helikopterlər üçün bəzi sistemlər əldə edib.

Qeyd edək ki, ermənilərin işğal altındakı Xankəndi hava limanında da THALES şirkətindən satın alınmış uçuşa nəzarət sistemləri qurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR