Elnur Aslanov: “Xaricdə təhsil alan və elmi araşdırmalar aparan gənclərin 75 faizinin mövzusu Dağlıq Qarabağ münaqişəsinə həsr olunur”

Elnur Aslanov: “Xaricdə təhsil alan və elmi araşdırmalar aparan gənclərin 75 faizinin mövzusu Dağlıq Qarabağ münaqişəsinə həsr olunur”
# 27 dekabr 2013 10:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda yeni və müasir tələblərə cavab verən elmi məktəblər formalaşmalıdır”.

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında çıxışı zamanı deyib. E. Aslanov qeyd edib ki, tədqiqatçıların beynəlxalq tədbirlərdə iştirakının genişlənməsi olduqca vacibdir. Onun fikrincə, gənc alim və mütəxəssislər beynəlxalq və regional səviyyəyə verdiyi rezonans doğuracaq, diqqəti cəlb edəcək aktual mövzuların üzərinə getməlidir.

Şöbə müdiri vurğulayıb ki, bu gün yetərincə araşdırılmamış və çox sadə tədqiqat sahələri hələ də qalmaqdadır: “Çox zaman xaricdə təhsil alan və elmi araşdırmalarını aparan gənclərdən soruşduğum zaman onların 90 faizi Azərbaycanla bağlı mövzuların araşdırılmasına can atdıqları məlum olur. Onun da 75 faizi Dağlıq Qarabağ münaqişəsinə həsr olunur. Mən demirəm ki, bu məsələ xaricdə təhsil alan tələbələr tərəfindən araşdırılmamalıdır. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlı tələbə tərəfindən hansısa bir Böyük Britaniya universitetində araşdırma aparmaq və bunun nəticəsində öz elmi işini müdafiə etmək həddindən artıq asandır. Çünki münaqişəni bilir, haqlı tərəfin mövqeyini çox rahat şəkildə izah edə bilir. Təbii ki, bu mövzuda beynəlxalq hər hansısa universitetdə araşdırma kimi qəbul edilir və öz yerini tutur. Bu müəyyən bir beynəlxalq qurumlar üçün, elmi mərkəzlər üçün subyektiv bir yanaşma kimi qəbul edilə bilir. Azərbaycan tələbələr isə bu məsələlərə xarici alimləri daha çox bu məsələlərə cəlb etsinlər. Onların, fikri və sözləri ilə bu araşdırmaları yazdırsalar daha faydalı olmazmı? Eyni zamanda azərbaycanlı alimlərimiz və mütəxəssislərimiz dünyada mövcud olan digər problemləri araşdırmasını aparsa, öz əhatəsini genişləndirsə daha səmərəli olmazmı? Təbii ki, bunun üzərində düşünməyə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR