ABŞ səfiri: “Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin niyə həll edilməli olduğunu bir daha göstərir” - VİDEO

ABŞ səfiri: “Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin niyə həll edilməli olduğunu bir daha göstərir” - <span style="color: red;">VİDEO
# 18 mart 2014 13:21 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Onun sözlərinə görə, Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin niyə həll edilməli olduğunu bir daha göstərir: “Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı münaqişənin həlli üçün addımlar atmalı, bununla da regiondakı qeyri-sabitliyi aradan qaldırmalıdır. Bu münaqişənin davam etməsi heç kimə lazım deyil”.

Ukraynadakı vəziyyəti şərh edən səfir ABŞ prezidenti və dövlət katibinin Krımla əlaqədar bəyanatlarına əsaslanıb: “Orada baş verənlər çox pis hadisədir və biz müvafiq addımlar atırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR