Bakıda kənd təsərrüfatı yarmarkası keçiriləcək

Bakıda kənd təsərrüfatı yarmarkası keçiriləcək
# 25 oktyabr 2013 14:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Oktyabr 26-27-də Bakı şəhərinin 7 rayonunda 9 ünvanda ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, yarmarkaya 400 tondan artıq kənd təsərrüfatı məhsulları çıxarılacaq. Qiymətlər bazar qiymətlərindən orta hesabla 20-30% aşağı olacaq və əsasən mövsümü məhsullar üstünlük təşkil edəcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2006-cı ildən bu günə qədər 772 yarmarka keçirilib və ümumilikdə 163 427 ton məhsul satılıb.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

1. Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 6 saylı Peşə Liseyinin həyəti;

2. Xətai rayonu, «Bakı» kinoteatrının yanı;

3. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi,26, «Bakı Taxıl» ASC-nin ərazisi;

4. Nəsimi rayonu, «Təzə bazar»ın ərazisi, III mikrorayon, «Tovuz-Baltiya Ltd.»nin ərazisi;

5. Səbail rayonu, Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

6. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi,2, Yeni Günəşli qəsəbəsi, «Günəş» Ticarət Mərkəzinin yanı;

7. Yasamal rayonu, Şərifzadə küçəsi,131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR