ADA Universiteti və “Azərenerji” arasında əməkdaşlıq memorandumu imzalanıb

ADA Universiteti və “Azərenerji” arasında əməkdaşlıq memorandumu imzalanıb
# 24 yanvar 2014 11:50 (UTC +04:00)

Bakı - APA. Bu gün ADA Universiteti və “Azərenerji” ASC arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə memorandum imzalanıb.

ADA Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, memoranduma əsasən tərəflər yüksək səviyyəli və müasir tələblərə cavab verən kadrların - insan resurslarının yetişdirilməsi və təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Eyni zamanda ADA Universitetinin nəzdində İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin yaradılması ilə bağlı zəruri texniki-iqtisadi əsaslandırma və araşdırma işlərinin aparılması, informasiya texnologiyaları və mühəndislik sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə beynəlxalq standartlara cavab verən qabaqcıl ali təhsil prosesinin təşkilinin dəstəklənməsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Bundan əlavə, ADA Universiteti və “Azərenerji” ASC başlıca məqsədi Asiya qitəsində yerləşən və energetika sahəsində əlverişli biznes şəraitinə malik olan Yaponiya, Banqladeş, Vyetnam və Monqolustan kimi ölkələrdə investisiya imkanlarının araşdırılması olan tədqiqat layihələrinin həyata keçirilməsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR