Azərbaycan regionlarında İKT təlimlərinə start verilib

Azərbaycan regionlarında İKT təlimlərinə start verilib
# 02 iyul 2013 15:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gündən etibarən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda İKT təlimləri keçiriləcək.

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə İKT yeniliklərini və qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə onların maarifləndirilməsinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.

Layihənin Lənkəranda (2-4 iyul), Gəncədə (8-10 iyul) və Zaqatalada (12-14 iyul) keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR