Erməni deputat: ABŞ-ın “Green card” lotereyasında iştirak edən ermənilərin sayı ilbəil sürətlə artır

Erməni deputat: ABŞ-ın “Green card” lotereyasında iştirak edən ermənilərin sayı ilbəil sürətlə artır
# 15 noyabr 2013 03:04 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın “Green card” lotereyasında iştirak edən ermənilərin sayı ilbəil sürətlə artmaqdadır. APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin deputatı, Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan bəyan edib.

O qeyd edib ki, ABŞ səfirliyinin hesablamalarına əsasən, 2009-cu ildən başlayaraq “Green card” lotereyasında iştirak edən Ermənistan vətəndaşlarının sayı ilbəil 10 min nəfərədək artır. “Mənim üçün bu çox kədərli faktdır. Həmçinin, İstanbulda Ermənistandan qazanc dalınca getmiş erməni ailələrindən olan uşaqlar üçün erməni məktəblərinin açılması da böyük təəssüf hissi yaradır”, deyə deputat vurğulayıb.

Manukyanın sözlərinə görə, emiqrasiya tək istehsalatın deyil, həmçinin istehlak və vergi yükünün itirilmiş resursu deməkdir: “Yəni, sadə dildə desək, vaxtilə 10 nəfərin ödədiyi vergiləri indi 8 nəfər ödəməlidir. Lakin bu problem bizim hökuməti heç vaxt narahat etməyib və etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR