İran xarici işlər naziri ölkə parlamentinə çağırıla bilər

İran xarici işlər naziri ölkə parlamentinə çağırıla bilər
# 05 fevral 2014 12:25 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran xarici işlər naziri ölkə parlamentinə çağırıla bilər.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Məhəmməd Cavad Zərifin xarici telekanallardan birinə müsahibəsində “İsrailin rəsmi olaraq tanınıb-tanınmaması məsələsi bizi maraqlandırmaz” ifadəsini işlətməsidir.

İran parlamentinin mühafizəkar deputatı Qasım Cəfəri bildirib ki, İran İslam Respublikasının qurucusu İsraili xərçəng şişinə bənzədib, ali dini lider isə onu “haram uşaq” adlandırıb: “Bu baxımdan İran xarici işlər nazirinin sözləri sistemin əsas prinsiplərinə ziddir. İsrail barəsində fikir söyləməyə cəsarəti çatmayan M.C.Zərifin bu mövqeyindən dolayı ABŞ əvvəllər İranı 6 aydan bir təhdid etdiyi halda, bu günlərdə hər gün və hər həftə bunu edir. Millət vəkilləri onu bu mövqeyi səbəbindən indiyədək ölkə parlamentinə hesabat verməyə çağırmayıblar. Ancaq deputatlar bu dəfə imza toplayaraq xarici işlər nazirini parlamentə çağıracaqlar. Çünki onun suallarımıza cavab verməsi lazımdır”.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi M.C.Zərifin belə bir fikir söyləmədiyini açıqlayıb. Əli Laricani də bundan əvvəl bəzi millət vəkillərinin xarici işlər nazirinin ölkə parlamentinə çağırılması istəyinə qarşı çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR