Gəncədə evdə yanğın olub - VİDEO

Gəncədə evdə yanğın olub - <span style="color: red;">VİDEO
# 09 yanvar 2014 06:49 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə gecə saat 03.10 radələrində şəhərin Müslüm Maqomayev küçəsi, ev-20 A ünvanında baş verib. Oqtay Abudlayevə məxsus, ümumi sahəsi 256 kvadratmetr olan iki mərtəbəli, 8 otaqlı evin ikinci mərtəbəsinin 128 kvadratmetr tavan hissəsi yanıb. Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb edilib. Tez bir zamanda alovun qonşu evlərə və birinci mərtəbəyə keçməsinin qarşısı alınıb. Yanğının qaz sobasından qaynaqlandığı ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR