ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində məsciddə atışma baş verib.
Yerli WBNS telekanalının məlumatına görə, hadisə yerli vaxtla saat 14:10 radələrində qeydə alınıb.
İlkin məlumata əsasən, atışma nəticəsində azı bir nəfər həlak olub, daha bir nəfər yaralanıb. Yaralının vəziyyəti barədə məlumat açıqlanmayıb.
ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələrə Nəzarət Bürosunun (ATF) Kolumbus bölməsi hadisə yerinə xüsusi agentlərin cəlb edildiyini bildirib.
Polisin ilkin qiymətləndirməsinə görə, hadisənin məhz məscidə qarşı məqsədli hücum olması ehtimalı təsdiqlənməyib.
Hadisənin səbəbləri və atəş açan şəxsin kimliyi araşdırılır.