Bank Of Baku

ABŞ dronlarla mübarizə üçün lazerlərin istehsalına dair ilk müqaviləni bağlayıb

ABŞ dronlarla mübarizə üçün lazerlərin istehsalına dair ilk müqaviləni bağlayıb
# 03 sentyabr 2026 02:07 (UTC +04:00)

ABŞ Quru Qoşunları pilotsuz uçuş aparatları ilə mübarizə üçün yüksək güclü lazer sistemlərinin istehsalına dair tarixdə ilk müqavilənin imzalandığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Nyu-Meksiko ştatının Albukerke şəhərində yerləşən AeroVironment şirkəti ilə yüksək güclü standart döyüş lazerinin hazırlanması proqramı çərçivəsində istehsal müqaviləsi bağlanıb.

Bu, ABŞ Quru Qoşunlarının yüksək güclü lazer silahlarının istehsalı üzrə ilk müqaviləsidir.

ABŞ ordusu bildirir ki, lazer sistemləri dronları raketlərlə müqayisədə daha aşağı xərclə məhv etməyə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR