ABŞ bu yaxınlarda “Tomahawk” kruiz raketlərinin, Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi (THAAD) raketdən müdafiə sistemlərinin və “Patriot” yer-hava raket sistemlərinin istehsalını artırıb.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
"Mən indicə ABŞ-ın, tarixində indiyə qədər olduğundan daha çox yüksək texnologiyalı, qabaqcıl silah istehsal etdiyinə dair bir məlumat aldım. Bunlar hər gün Yaxın Şərqdə və ondan kənarda qoşunlarımıza çatdırılır", - Tramp bildirib.