Bank Of Baku

Xaçmazda əxlaqsızlıq yuvası aşkarlanıb

Xaçmazda əxlaqsızlıq yuvası aşkarlanıb
# 31 iyul 2018 09:52 (UTC +04:00)

Xaçmazın Çarxı kəndi ərazisində əxlaqsızlıq yuvası aşkarlanıb.

 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-nın yerli bürosuna verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş. Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub. 


İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb. 


Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR