İspaniyanın «Mercasa» şirkəti Azərbaycanda tərəfdaş axtarır

İspaniyanın «Mercasa» şirkəti Azərbaycanda tərəfdaş axtarır
# 15 mart 2013 06:48 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bazarların abadlaşdırılması, bərpası və idarə edilməsi sahəsində fəaliyyət göstərən İspaniyanın «Mercasa» şirkəti Azərbaycan təşkilatları və şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir.

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, «Mercasa» Azərbaycan təşkilatları və şirkətlərinə ticarət obyektlərinin müasirləşdirilməsi (xüsusilə bazarlar) və ya sıfırdan tikilməsi, müvafiq infrastruktur və logistika, ərzaq təhlükəsizliyi, məhsulların mənşəyinin izlənməsi, bazarların şəffaflığı, müasir ticarət təcrübələri və marketinq, menecerlərin və satıcıların təlimləri, ətraf mühit və sosial məsuliyyət, davamlı inkişaf kimi sahələrdə öz xidmətlərini təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR