"Amazon" şirkətinə məxsus “Boeing 767” yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanının yaxınlığındakı yolda qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Təyyarə Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçub.
Qəzanın səbəbi və hadisənin tam miqyası hələlik məlum deyil.
Hakimiyyət orqanları ölən və yaralananların sayı barədə məlumat açıqlamayıb.