Sabah Bakıda Azərbaycan-Litva biznes forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Litva biznes forumu keçiriləcək
# 08 aprel 2013 09:21 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 9-da Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Litva biznes forumu keçiriləcək.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, avtomobil hissələrinin satışı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.

Azərbaycan və Litva arasındakı mövcud iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunacağı biznes forumda hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR