Azərbaycan incəsənət xadimləri Slovakiyada konsert proqramı ilə çıxış ediblər

Azərbaycan incəsənət xadimləri Slovakiyada konsert proqramı ilə çıxış ediblər
# 30 may 2015 11:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Slovakiya Dövlət Akademik Filarmoniyasının “Reduta” zalında Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli konsert keçirilib. APA-nın məlumatına görə, konsert Azərbaycanın Slovakiyadakı Fəxri Konsulluğu tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, ABŞ, İspaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya, Belarus və digər dövlətlərin səfirləri, Slovakiyanın tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Konsertdə Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Boqdan Varxal adına Slovakiya Dövlət Kamera Orkestri çıxış edib.

Konsert gecəsində xalq artisti Ramiz Quliyev, Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının solisti Çinarə Şirin, Slovakiya Dövlət Filarmoniyasının solisti, professor Danel Evald (skripka) və Bratislava Musiqi Akademiyasının doktorantı Fərhad Aşumov (skripka) musiqi proqramını dinləyicilərə təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR