Kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 mln. manat dəyərində texnika satılıb

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 mln. manat dəyərində texnika satılıb
# 24 iyul 2014 13:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 mln. manat dəyərində 504 ədəd taxılyığan kombayn, 499 ədəd müxtəlif növ traktor satılıb.

APA-Economics”in xəbərinə görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda deyilir.

Belə ki, hesabat dövründə 355 ədəd kotan, 44 ədəd səpici aqreqat, 42 ədəd otbiçən, 30 ədəd çiləyici və tozlayıcı maşınlar, habelə 22 ədəd ot dırmıqları, 15 ədəd gübrəsəpən maşın və 55 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR