Mayın 17-də keçirilmiş qəbul imtahanında test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Mayın 17-də keçirilmiş qəbul imtahanında test tapşırıqlarının düzgün cavabları açıqlanıb
# 18 may 2015 08:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 17-də ali təhsil müəssisələrinin 2-ci və 3-cü ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında (əvvəlki illərin məzunları üçün) istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, II qrup Azərbaycan bölməsinin abituriyentləri http://eservices.tqdk.gov.az/exam/2015/a2_17m.htm, III qrup Azərbaycan bölməsinin abituriyentləri http://eservices.tqdk.gov.az/exam/2015/a3_17m.htm, II qrup Rus bölməsinin abituriyentləri http://eservices.tqdk.gov.az/exam/2015/r2_17m.htm, III qrup Rus bölməsinin abituriyentləri http://eservices.tqdk.gov.az/exam/2015/r3_17m.htm linkinə daxil olaraq, düzgün cavabları öyrənə bilərlər.

Bildirilib ki, mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 30 binada aparılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Hazırda TQDK-da müstəqil ekspertlər tərəfindən imtahanda abituriyentlərə təqdim olunmuş test tapşırıqlarının ekspertizası aparılır. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR