Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yeni müsahibə elan edib

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yeni müsahibə elan edib
# 10 iyul 2015 14:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.

Komissiyadan APA-ya verilən xəbərə görə, ümumi müsahibəyə çıxarılmış vakant vəzifələrin sayı 7, vakant yerlərin sayı 8-dir.

3 vəzifə üzrə 3 yer Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, 2 vəzifə üzrə 3 yer Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 1 vəzifə üzrə 1 yer Sumqayıt Apellyasiya Məhkəməsi və 1 vəzifə üzrə 1 yer isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ümumi müsahibəyə çıxarılıb.

Məlumatda bildirilir ki, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini iyulun 10-dan 29 iyul saat 18.00-dək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına təqdim etməlidirlər.

Müraciət forması şəxsən (bazar ertəsi – cümə günləri saat 09-dan saat 12.30-dək və 14-dən 17.30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR