Azərbaycanın daha bir bankı xaricdən iri məbləğdə vəsait cəlb edib

Azərbaycanın daha bir bankı xaricdən iri məbləğdə vəsait cəlb edib
# 24 oktyabr 2014 09:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “TuranBank” mikromaliyyə portfelinin genişləndirilməsi üçün “Microfinance Enhancement Facility”dən onun investisiya meneceri “Cyrano Management” vasitəsilə 3 il müddətinə 5 mln. ABŞ dolları həcmində kredit cəlb edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni kredit xətti hesabına bank mikromaliyyə portfelində vəsaitlərin ümumi həcmini 13,5 mln. dollara qədər artırıb.

“Biznes mikrokreditləri layihələri bank üçün mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə “TuranBank” xarici maliyyə institutları ilə əməkdaşlıq edir. Belə ki, cari ildə bank Almaniyanın maliyyə qurumları olan “Bank im Bistum Essen eG”dən 3 il müddətinə 3,5 mln. dollar və “IIV Mikrofinanzfonds”dan 4 il müddətinə 5 mln. dollar həcmində kredit cəlb edib”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, 1992-ci ilin iyun ayında fəaliyyətə başlayan “TuranBank”ın səhmdarları 6 hüquqi (29,11% pay) və 22 fiziki şəxsdir (70,89% pay).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR