İsmayıllıda avtomobil aşıb, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

İsmayıllıda avtomobil aşıb, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb
# 03 iyul 2016 11:04 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov-APA. İsmayıllı rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə ötən gecə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, İsmayıllının Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb. Qəbələ rayonu Vəndam qəsəbə sakini 1984-cü il təvəllüdlü Alıyev Asim Müsavər oğlunun idarə etdiyi "Mersedes" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü Asim Alıyev, sərnişinlər - 1983-cü il təvəllüdlü Mürsəlov Uğur Binyaz oğlu və 1987-ci il təvəllüdlü Həlimov Elbrus Elman oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sürücünün qardaşı 1989-cu il təvəllüdlü Alıyev Rasim Müsavər oğlu müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR