Möhsün Pak Ayin:“İranla Azərbaycan arasındakı münasibətlərdə etimad və sabitlik bərpa edilib”

Möhsün Pak Ayin:“İranla Azərbaycan arasındakı münasibətlərdə etimad və sabitlik bərpa edilib”
# 24 mart 2013 19:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İki ölkə rəsmilərinin müdrikliyi nəticəsində İranla Azərbaycan arasındakı münasibətlərdə etimad və sabitlik həmişə olduğu kimi bərpa edilib”.

APA-nın İRİB-ə istinadən verdiyi məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

O bildirib ki, rəsmi Bakı İranın dünyada və bölgədə inkişaf edən rolundan xəbərdardır: “ Tehran da Azərbaycan Respublikasını bölgədə önəmli ölkə hesab edir. İran ticarət, tranzit və enerji sektorlarında ortaq quru və dəniz sərhədlərini nəzərə alaraq, Bakı ilə münasibətlərin genişlənməsində maraqlıdır. İran və Azərbaycan arasında münasib əlaqələr iki ölkədə sülh və stabilliyinin qorunmasında önəmli rol oynaya bilər. Düşünürəm ki, üçüncü qüvvələr iki ölkə arasındakı münasibətlərə təsir göstərmək istəyirlər. Bu məsələdə bölgədən kənar güclərin rolu müşahidə edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR