Seulda beynəlxalq tibb forumu keçiriləcək

Seulda beynəlxalq tibb forumu keçiriləcək
# 12 aprel 2013 13:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 28-29-da Seulda (Koreya) «Global Bio & Medical Forum 2013» tədbiri keçiriləcək.

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, tədbirin məqsədi dünya alıcıları ilə tibb və əczaçılıq sahəsi üzrə Koreya şirkətlərinin bir araya gətirilməsidir. Tədbirdə Koreyanın əczaçılıq, tibb avadanlıq və ləvazimatlar istehsal edən şirkətləri iştirak edəcək. Həmçinin, gələcəkdə Azərbaycan şirkətləri tikintisi nəzərdə tutulan xəstəxana, poliklinika və tibb mərkəzlərinin layihələrini təqdim etməklə həmin müəssisələrin realizasiyası üçün Koreyada yüksək təcrübəli tərəfdaş tapa bilər.

Tədbirdə iştirak etmək istəyənlər Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Bakıdakı nümayəndəliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR