Qətldə və quldurluqda təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib

Qətldə və quldurluqda təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib
# 07 iyun 2016 10:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və quldurluqda təqsirləndirilən Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Proses iyunun 14-də davam etdiriləcək.

Ötən il avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Həmçinin o da müəyyən edilib ki, Pərviz Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib. Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR