Azərbaycan boksçuları yarımfinal və finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar

Azərbaycan boksçuları yarımfinal və finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar
# 24 iyun 2015 08:23 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu gün daha 8 çəki dərəcəsində (5 kişi, 3 qadın) görüşlər olacaq ki, onlardan 3-də 1/4 final, 5-də yarımfinal qarşılaşmaları keçiriləcək.

Bu çəki dərəcələrində Azərbaycan yığmasının 4 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (56 kq) və Teymur Məmmədov (81) 1/2, Xaybuya Musalovla (75) Yana Alekseyevna (60) isə 1/4 final görüşünü keçirəcək.

Qeyd edək ki, iyunun 22-də və 23-də Azərbaycan millisinin 9 boksçusu yarımfinala vəsiqə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR