Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri Şəhidlər xiyabanını ziyarət edib
# 01 aprel 2015 17:24 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın verdiyi xəbərə görə, şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum şəhidlərin məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR