Vladimir Putin: “Bakı Beynəlxalq Humanitar Forumu ən yaxşı platformalardan birinə çevrilib”

Vladimir Putin: “Bakı Beynəlxalq Humanitar Forumu ən yaxşı platformalardan birinə çevrilib”
# 02 oktyabr 2014 08:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün işə başlayan IV Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Rusiya prezidenti Vladimir Putinin təbrik məktubu oxunub.

APA-nın məlumatına görə, təbrik məktubunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko oxuyub.

Tərik məktubunda qeyd edilib ki, Forum biri neçə il ərzində mötəbər tədbirlərdən birinə çevrilib: “Bakı Beynəlxalq Humanitar Forumu humanitar sahədə müzakirələrin aparılması üçün ən yaxşı platformalardan birinə çevrilib. Əminəm ki, Forumda gələcək üçün olduqca faydalı müzakirələr aparılacaq, tövsiyələr səsləndiriləcək. Tədbirdə çoxsaylı nümayəndə heyətlərinin iştirakı buna şərait yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR