“Facebook” Krımdakı istifadəçilərinin reklam akkauntlarını bloklayıb

“Facebook” Krımdakı istifadəçilərinin reklam akkauntlarını bloklayıb
# 10 iyun 2016 00:44 (UTC +04:00)

Bakı-APA. “Facebook” sosial şəbəkəsi Rusiyaya birləşdirilən Krım əleyhinə tətbiq edilən sanksiyalara qoşularaq, yarımadadakı istifadəçilərin reklam akkauntlarını bloklayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Krımın “baş naziri” Ruslan Balbek bildirib.

Onun sözlərinə görə, sanksiyalar iyunun 1-dən tətbiq edilməyə başlayıb.

“Biz “Facebook”un qərb siyasətçilərin qərarlarına dəstək verməsinə təəssüf edirik. Bu tamamilə boş bir aksiyadır, bunun Krım müəssisələrinə heç bir mənfi təsiri olmayacaq”, -deyə Balbek bildirib.

Krımın “baş naziri” “Facebook”un bu qərarının yalnız siyasi məna daşıdığını bildirib.

“Facebook”dan başqa “Instagram” sosial şəbəkəsinin də Krıma qarşı analoji sanksiyalar tətbiq etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR